Təhlil

Əliyevlər post-sovet tarixində ilk prezident sülaləsini yaradıblar: İspaniya mətbuatı

İspaniya mətbuatı aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərinə və bunların nəticələrinə toxundu. Bütün məqalələrdə qeyd olunmuş qəribə yüksək rəqəmlər, real müxalif qüvvələrin seçkilərdə iştirak etməməsi, siyasətçilərin və jurnalistlərin həbs olunması, ATƏT-in müşahidə missiyasının mətbuat konfransı zamanı baş vermiş hadisə barədə yazılmışdır.

İstaniyanın dünyada tanınmış aparıcı EFE agentliyi yazır: “Bu qələbə ilə atadan hakimiyyəti miras almış Əliyev  daha 7 il hakimiyyəətdə olacaq. Əliyevlər post-sovet tarixində ilk prezident sülaləsini yaradıblar, hansı ki Şimali Koreyada Kimmeri xatırladır”.

La Vanguardia agentliyi də mövzu barədə “İlham Əliyev: Azərbaycanın diktatoru” adlı məqalədə yazır: “Miras qalan hakimiyyət və Əliyev 4-cü seçkilərdə “qazanır”. Atasının ölümündən sonra prezident postunu miras alan İlham Əliyev  hakimiyyəti əlində saxlaya bilmək üçün hər şey edib. Sovet Azərbaycanın sədri və sonra müstəqil Azərbaycanın lideri Həydər Əliyev ölkəni 35 il idarə edib və ondan sonra övladı da eyni yolunu davam edir. Seçki komissiyası onu 65% səslərdən 86% ilə qalib elan edib.

2003-cü ildə Əliyevin mirası təyziqlər mühitində keçirilmiş seçkilərdə almış. 2008-ci ildə də qalib olmuş. 2013-cü ildə iki dəfədən çox seçilmək barədə məhdudiyyətini qaldırmış. Artıq 2016-cı ildə prezident vəzifəsinin 5 il müddətini 7 illə dəyişdirildi. Onun “padşahlığı” 2024-dək davam olunacaq. Hazırda İlham Əliyev 56 yaşındadır.

Bu dəfə seçkilər oktyabrın 17-də deyil, aprelin 11-də keçirilib. Rəsmi səbəb olaraq 2025-ci ildə parlament və prezident seçkilərin üst-üstə düşməsi göstərilib. Tənqidçilərə görə, bunun əsas səbəbi oydu ki, muaxlifət öz kompaniyasının təşkil edəbilməsin. Nəticədə iki əsas muaxlifat partiyaları seçkiləri boykot etdilər. Əliyev 7 namizədlə yarışdı, lakin onlardan hamı, biri istisna olmaqla, prezidentə dəstək verdilər.

15 il əvvəl İlham Əliyev prezident postunu aldı. O, qumarbaz biridir və hələ  milli neft şirkətlərindən birində işlədiyi zamanı türk kazinolardan birinə böyük pullar itirlmişdir. Onu həmçinin çox özünü sevən biri olaraq bilinir. Bu barədə La Vanguardia.com-a Moskvada Əliyevlə beynəlxalq münasibətlər fakultesində təhsil alan biri məlumat verib.

Azərbaycan rejimi  “avtoritar” rejimdir. Rejimdə siyasi təqiblər, mətbuat azadlığının məhdudlaşmaları vardır.

 

Daha çox göstər
Back to top button