Təhlil

Avstriya mətbuatı Azərbaycan haqqında: “Ailə hakimiyyəti, saxta seçkilər və korrupsiya”

Avstryanın Die Presse və Der Standart kimi tanınmış mәtbuat orqanları Azәrbaycanda keçirilәn prezident seçkilәrdәn sonra ölkədəki vəziyyətlə bağlı məqalələr dərc edib. Məqaləni azadliq.info yayıb.

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək prezident seçkilərini uğurla başa vurdu. Seçki Komissiyası çərşənbə günü sәslәrin 94 faizini hesabladıqdan sonra onun 86 faiz sәs topladığı açıqlanıb. Seçki Komissiyasına görə seçicilərin seçkidә 74,5 faizi iştirak edib.

Əliyev qələbəsini televiziya çıxışında qeyd edәrәk həmvətənlərinə “dəstək və etibar” üçün təşəkkür edib. Azərbaycan xalqı “təhlükəsizlik və tərəqqi” üçün səs verdi. İlk xarici tәbriki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etdi.

Seçkidə 5,2 milyon vətəndaş iştirak edib. Hazırkı prezidentlə yanaşı, prezident seçkisində daha yeddi namizəd var idi. Ancaq onlar çox az tanınır və seçki kampaniyası aparmayıblar. Qafqaz respublikasındakı əsas müxalifət partiyaları səsverməni boykot edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və Avropa Şurasının seçki müşahidəçiləri “real rəqabət” olmadan keçirilәn seçkilәrdә ədalətsiz və “ciddi pozuntular” aşkar etdiklәrini ortaq bәyanatla açıqlayıblar.

Əliyev 15 ildir ki, Azərbaycanda hakimiyyətdədir və indi onun dördüncü dövrü başlaylt. 56 yaşındakı prezident fevral ayının әvvәlindә prezident seçkisini bir neçə aya qədər bir səbəb göstәrmәdәn tәәccüblü şәkildә irәli çәkdi. Müxalifət bunu seçki kampaniyasını qısaltmaq və seçki saxtakarlığını daha rahat etmәk cәhdi kimi qiymәtlәndirir.

Əliyev ailəsi onilliklər boyu neft və qazla zəngin keçmiş sovet respublikasına hakim olub. Əliyev, 2003-cü ildə atası Heydәr Әliyevin ölümündən sonra prezident olub və 2008 və 2013-cü ildə yenidən prezident seçilin. 2009-cu ildə Konstitusiya dəyişikliyi ilə istədiyi qәdәr prezident olmaq imkanı yaradıb. 2016-cı il referemdumu ilə dövlət başçısının vəzifə müddətini beş ildən yeddi ilədək uzadıb.

Yenə də prezident və ailəsinin adı çoxsaylı korrupsiyada hallanır. Əliyev ötən il həyat yoldaşı Mehriban Әliyevanı birinci vitse-prezident təyin edərkən tənqidlәrlә üzlәşdi.

Daha çox göstər
Back to top button