Siyasət

ATƏT monitorinq keçirəcək

Aprelin 18-də Artsax Respublikası hakimiyyətləri ilə əldə edilmiş razılaşmalara əsasən, ATƏT-in missiyası Artsax və Azərbaycan sərhədinin Hadrut rayonunun şimal-şərq istiqamətində növbəti monitorinqi keçirəcək.

Artsax Respublikası Müdafiə Ordusunun mövqelərində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kaspşik, onun  səhra köməkçiləri Mixail Olaru və Oqnyen Joviç keçirəcəklər.

Artsax Respublikası hakimiyyətləri monitorinqin keçirilməsinə dəstək verdiklərini  və ATƏT-in missiya üzvlərinin təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildirdilər.

Daha çox göstər
Back to top button