Siyasət
Bu gün Parlamentin xüsusi iclasında ER Baş naziri seçkikləri keçiriləcək

Parlamentin xüsusi iclasında bu gün Baş nazir seçkiləri olacaq. ERP və Daşnaktsütyun partiyaların namizədi Serj Sarkisyandır. Partiyaların öz namizədlərini irəli sürməyə haqqı vardır, lakin digər namizədlər yoxdur.
“Vətəndaş müqaviləsi” partiyası Nikol Paşinyanın rəhbərliyi ilə martın 31-də Ermənistan şəhərlərində yürüşə başlayıb. Aprelin 13-də Azadlıq meydanında mitinq təşkil edilib, sonra isə Fransa meydanında oturaq aksiya keçirilib.
Onlar bəyan ediblər ki, aprelin 17-də Parlament binasını və deputatların evlərini mühasirəyə alacaqlar ki, onlar Parlamentdə Baş nazir seçkilərinə qatıla bilməsinlər. “Yelk” fraksiyası və “Lusavor Hayastan” və “Hanrapetutyun” partiyaları bu etiraza qoşulmadılar.