Siyasət

Ermənistan Rusiya, KTMT və AİB-ə üzv ölkələri ilə əməkdaşlıq etməyə davam edəcək: Serj Sarkisyan

Ermənistan Respublikası RF, KTMT və AİB-ə üzv dövlətləri ilə əməqdaşlıq etməyə davam edəcək. Bunu bu gün Parlamentdə ER Baş nazir namizədi, 3-cü Prezidenti Serj Sarkisyan Ermənistanın xarici siyasətinə toxunurkən bildirib.

“Siyasi və iqtisadi baxımdan bizim müttəfiqimiz Rusiya Federasiyası, KTMT və AİB-ə üzv dövlətləri ilə əməkdaşlığımızı davam edəcəyiq. İranla dostluq münasibətlərimizi davam etdirəcəyik, çünki dünyanın bu iki hissələrində bizim maraqlarımız, bazarlarımız var. Bu ölkələr region sabitliyinin təmin edilməsində böyük əhəmiyyət daşıyırlar. Təbii, biz Aİ ilə aktiv əməkdaşlığımızı davam etdirəcəyik. Düşünürəm ki, iyulun 1-dən bəri razılaşmada olan maddələri həyata keçirməyə başlayacağıq.

Biz ABŞ, Çİn ilə dostluq əlaqələrimizi davam edəcəyik, çünki onlarla əməkdaşlıq etməmək mümkünsüzdür”,-deyə Serj Sarkisyan qeyd etdi.

“Bizim siyasətimizin ideologiyası əməkdaşlıqla qazanmaq, başqaların münaqişələrindən faydalanmamaqdır, çünki bunlar prespektivsiz siyasətdir. Bizim iqtisadiyyatın ticari dövriyyəsinin 1/3-ü bu gün Rusiya və AİB-ə üzv dövlətləri, 1/3-ü Aİ və 1/3-ü digər ölkələriylədir. Biz bu balansı saxlamağa çalışacağıq”,-deyə S. Sarkisyan qeyd etdi.

Daha çox göstər
Back to top button