BaşlıcaSiyasət

Serj Sarkisyan: “Bu günkü ticarət marşrutları ölkənin iqtisadiyyatı üçün faydalıdır”

Ermənistanın baş nazirinə namizəd Serj Sarkisyan parlamentin ambionundan Ermənistan iqtisadiyyatının inkişafı barədə öz baxışını təqdim etdi. O, iqtisadiyyatın şaxələndirilməsini davam etdirəcəklərini və Ermənistan Respublikası ilə əməkdaşlıq etmək istəyən hər kəslə əməkdaşlıq edəcəyini vurğuladı. “Bu əməkdaşlığı inteqrasiya birlikləri çərçivələrində olduğu kimi eləcə də, ikitərəfli formatlar çərçivəsində də davam etdirəcəyik. Buna görə, bugünkü ticarət rejimləri ölkəmizin iqtisadiyyatı üçün faydalıdır və bu rejimlər Ermənistanın ÜDM-nin 37 faizini ixrac etməyə imkan verir. Uzun müddət axtarışda olduğumuz çox ciddi bir rəqəmdir və bildiyiniz kimi, iqtisadi inkişaf planlarımız qarşımızdakı 2-3 ildə 40%-ə kimi çatdırmalı , gələcəkdə isə 45% -ə qədər ixrac etmək arzumuzdur və hətta biz 50%ə çatdırmağa qadirik” – deyərək vurğulayıb. Sarkisyan əvvəlki hökumətlərin siyasətini davam etdirəcəyini vəd etdi, yəni mədəndən tutmuş, yeyinti sənayesinə, ən müasir texnologiyalara böyük diqqət yetirəcəyinə, gələcəkdə isə 15-20% -də inkişaf edən siyasətini davam etdirəcəyini də öz sözlərinə əlavə etdi. “Növbəti məqsədi əvvəlki dövrlərdə Ermənistan Respublikasının məhsullarını bərpa etməkdir. Bunun ən parlaq nümunəsi hazırda Ermənistanda olan yüngül sənayenin oyanmasıdır və biz belə imkanlara malik olduğumuz üçün yeyinti sənayesində istehsalı qat-qat artırmalıyıq “ – deyərək Serj Sarkisyan bildirib.

Daha çox göstər
Back to top button