ABŞ Dövlət Katibliyi: Yerevandakı etirazçıların və polisin davranışı bizi təşviq edir

ABŞ Dövlət Katibliyi Ermənistanda baş verən son siyasi gedişatlara rəsmi reaksiya verib. “Amerikanın səsi”-nin verdiyi məlumata görə, Dövlət Katibliyinin bəyanatında deyilir:
“Biz fərq etdik ki, Yerevanda və Ermənistanın diğər şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Azad ifadə və toplanma hüququndan istifadə edərək, Ermənistanın minlərlə vətəndaşı küçələrə çıxdı. Biz Yerevan mərkəzində və Ermənistanın diğər şəhərlərində keçirilən aksiyaları yaxından izləyirik.
“Son günlərdə etirazçılar eksəriyyətinin və polisin hörmətli və məsuliyyətli davranışı bizi təşviq edir. Lakin biz bəzən polislə etirazçılar arasındakı qarşıdurmalardan narahatlıq duyuruq. Biz bütün tərəfləri hər hansı bir gərginlikdən və ya zorakılıqdan çəkinməyə çağırırıq”.