Braziliya mineral suları, spirtli içkilər və ərzaq məhsulları üçün böyük bir bazar ola bilər

Braziliya mineral suları, spirtli içkilər və ərzaq məhsullarıç o cümlədən konyak üçün böyük bir bazar ola bilər. Bu haqda Yerevanda keçirilmiş Ermənistan-Braziliya biznes forumu çərçivəsində jurnalistlərə müsahibəsində Braziliyanın ticarət və İnvestisiya Təşviqi Agentliyinin (ApexBrasil) Avrasiya İdarəsinin rəhbəri Alfred Ribeiro Ameriko qeyd etdi.
“Braziliya və Ermənistan məhsullarının iki ölkənin bazarlarında çox deyil, lakin bunu daha da inkişaf etdirə bilərik. Bunlar ilk addımlardır , amma ümid edirik ki, bundan sonra iqtisadi əlaqələrimiz daha da aktivləşəcək, çünki potensial var”- deyə o qeyd etdi.
Almir Ribeyro Amerikonun bildirdiyinə görə, birinci biznes-forumda Dubay, Avropa ölkələri və Rusiyada fəaliyyət göstərən Braziliya şirkətlərinin nümayəndələri iştirak edirlər.
Tədbirdə kommersiya məqsədləri üçün istifadə edilən soyuducular istehsal edən şirkətlərin və müxtəlif şirkətlərin nümayəndələri də iştirak ediblər, onlar burada əməkdaşlıq üçün tərəfdaşlar axtarırılar.