ER Polisi Yerevandakı etiraz aksiyaların təşkilatçılarına müraciyyət edib
Bu gün ER Polisi Yerevandakı etiraz aksiyaların təşkilatçılarını qanunsuz hərəkətləri dayandırmağa çağırıb və qeyd edib ki, əks halda ER Polisi tərəfindən aparılmış tədbirlərin bütün nəticələrinin məsuliyyəti təşkilatçıların üzərinə düşəcək. Polisin bəyanatında qeyd olunur ki, 2018-ci il aprelin 13-dən paytaxtda başlanmış qanunsuz aksiyaların tərəfdarları və iştirakçıları öz fəaliyyəti ilə başqaların hüquq və azadlıqlarının həyata keçirilməsinə, dövlət orqanları və təşkilatların fəaliyyətinə mane olurlar.
“ER Polisi bu cür hərəkətlərə qarşı bir çox bəyanatlarla çıxış edərək qeyri-qanuni hərəkətləri dayandırmağa çağırmışdır və bugünədək tolerantlıq göstərmişdir. Bu aksiyalar çoxsaylı iğtişaşlar ilə müşayiət olunur, bu aksiyalar ərzində insanlara qarşı zorakılıq, əmlaklarına zərər halları olur, vətəndaşların həyatı və sağlamlığı, ictimai təhlükəsizliyi təhdid altına düşür”,-deyə Polisaksiya təşkilatçılarını qeyri-qanuni aksiyaları dayandırmağa çağırıb.