İqor Korotçenko: ” Əgər Azərbaycan və Belarus arasında “Polonez” yaylım atəşli reaktiv sistemi haqqında razılaşma əldə olunursa, Ermənistanı dəstəkləmək lazım olacaq”

Beynəlxalq Silah satış mərkəzinin direktoru, “Milli Müdafiə” jurnalının baş redaktoru, polkovnik İqor Korotçenko qeyd etdi ki, Belarusun Azərbaycana “Polonez” yaylım atəşli reaktiv sisteminin çatdıracağı dair məlumatları doğru ola bilər. O tele-körpü zamnaı , Erməni jurnalistlərlə müsahibəsdində qeyd etdi ki, bununla Azərbaycan və Ermənistan arasındakı hərbi balans çox dəyişməyəcək.
“Əgər müqavilə imzalanırsa və bu sistem Bakıya çatdırılırsa ç Belarus prezidenti Lukaşenko isə bu sistemlərin Azərbaycanda yerləşdirilməsini qəbul edərəsə, bu artıq yeni vəziyyət yaratacaq. Belə vəziiyyətdə mövcud hərbi-siyasi bərabərliyi təmin etmək üçün Ermənistanı dəstəkləmək lazım olacaq “.
Onun sözlərinə görə, Rusiya həmişə sülhün tərəfdarıdır.
“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizmalanmasını dəstəkləyirik. Hər hansı bir yeni gərginlik nəticəsində yeni qurbanlar, yeni itkilər olacaq.
Qarabağın müdafiə sistemi belə qurulub ki, Azərbaycan ildırımsürətli hücuma keçə bilməyəcək və sürətli hərbi müvəffəqiyyət qazana bilməz”- deyə o qeyd etdi.
İqor Korotçenko “Polonez” yaylım atəşli reaktiv sisteminin razılaşma prosesini izləyəcəklərini və heç bir ölkənin qüdrət sahibi hiss etməyinə imkan verməyəcəyini qeyd etdi. Onun sözlərinə görə, bu, ölkəyə yaxşı nəticələr gətirməyəcək siyasi addımlar atmağa imkan verə bilər. Azərbaycan və Ermənistan arasında bir paritet olduğu müddətcə,hərbi əməliyyata imkan verməyəcək balans da var”- deyə o qeyd etdi.