Siyasət

“Komersant”: “Bu il ərzində Belarus Azərbaycana “Polonez” raket kompleksi çatdıracaq”

“Kommersant”a istinadən xəbərinə görə, Belarus hökuməti 2018-ci ildə 10 ədəd “Polonez” yaylım atəşli reaktiv sisteminin müqavilə üzrə ixracına başlayacaq.

Belarus Müdafiə Nazirliyinə yaxın mənbə bildirib ki, “Polonez” yaylım atəşli reaktiv sisteminin ilk ixracı artıq 2018-ci ilə baş tuta bilər.

Onun sözlərinə görə, birinci müqavilə ilə 10 “Polonez” sistemi tədarük ediləcək (buraya raketlər, nəqliyyat-yükləmə maşınları, idarəetmə məntəqəsi, radiolokasiya stansiyalar və b. daxildir).

Mənbə əlavə edib ki, hüquqi sənədlər artıq son mərhələdədir, müştəri öz maliyyə məsələlərini həll edir.

Mənbə müştərinin adını açıqlamasa da, Rusiya müdafiə sənayesi sahəsində iki top-menecer bildirib ki, söhbət Azərbaycandan gedir.

Daha çox göstər
Back to top button