Siyasət
Dmitri Medvedev Serj Sarkisyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik etdi

Rusiya Federasiyasının Baş naziri Dmitri Medvedev ER Baş naziri vəzifəsinə seçilməsi münasibətilə Serj Sarkisyanı təbrik etdi. Bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən məlumat verilib.
“Əminəm ki, yeni vəzifənizdə ikitərəfli əməkdaşlığın bütün kompleksinin inkişafına, müxtəlif sahələrdə perspektivli birgə layihələr və təşəbbüslərin təşviqinə, Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya əməkdaşlığının dərinləşdirilməsinə prioritet verməyə davam edəcəksiniz. Bu tamamilə Rusiya və Ermənistanın maraqlarına uyğudur”,-deyə D. Medvedev qeyd etdi.