
Ermənistan və Rusiya Birləşmiş regional HƏM sistemlərinin qoşun bölməsinin tərkibi və vasitələri ətrafında razılığa gəldi.Təşkilatın hava müdafiə sisteminin tərkibinə və vasitələrinə dair razılığa gəlindi. Bu haqda “RİA Novosti”nin verdiyi məlumata görə, Rusiyanın hava kosmik qüvvələrinin komandanının birinci müavini , qərargah rəisi, general-leytenant Pavel Kuraşemko bəyan edib.
Sənədi Ermənistan Silahlı Qüvvələri və Rusiyanın Silahlı qüvvələrinin Baş qərargah rəisləri imzalayıb.Digər detallar barədə bilinmir.Xatırladaq ki, Rusiya və Ermənistan Müdafiə nazirləri 2015-ci ildə Moskvada hava müdafiəçiliyi ilə bağlı 23 dekabrda saziş imzalayıblar.Birgə hava müdafiə sisteminin yaradılmasında məqsəd Qafqazda birgə hava müdafiə etməsini təmin etməkdir.