BaşlıcaSiyasət

Artsax münaqişəsinin nizamlanması üçün Azərbaycan saxta illüziyalarından imtina etməlidir

Artsax münaqişəsinin nizamlanması üçün Azərbaycan ilk öncə saxta illüziyalardan imtina etməlidir. Bunu Ermənistanın baş naziri Serj Sarkisyan “Şant” telekanalına müsahibəsində bildirib və əlavə edib ki, “azərbaycanlılar kompromisi yalnız erməni tərəfindən gözləyirlər və bu illüziyalardan imtina etdikləri zaman məsələ həll oluna bilər”.

Baş nazir qeyd etdi ki, sülh yolu razılığa gəlmək deməkdir: “Razılığa gəlmək üçün isə, hər iki tərəfin fikrini nəzərə almaq lazımdır”.

“Bizim ən vacib məsələmiz hər gün, hər saat erməni SQ-nin döyüş hazırlığının qorunması və inkişaf etdirilməsidir. Sabitliyin saxlanması üçün bu ən real vasitəsidir.

Əlbəttə ki, müttəfiqlər ilə əlaqələrimizi inkişaf etdirməliyik və dərinləşdirməliyik, çünki onlardan da çox şey asıllıdır, lakin ən əsaslı olan erməni hərbçi və zabitidir”,-deyə Serj Sarkisyan vurğulayıb.

Daha çox göstər
Back to top button