Çinin «New Yida» şirkəti Ermənistanda mineral su fabrikası yaradır
“Biznes Armenia”-nın dəstəyi və Çin kapitalı ilə «New Yida» şirkəti Ermənistanda mineral suların yeni fabrikası qurmaq üçün 5 milyon dollar investisiya qoyur. Bu haqda sənədi «New Yida» şirkətinin icraçı direktoru Luo Gang və “Biznes Armenia”-nın iş adamlarını dəstəkləmə qrupunun sədri Hayk Mirzoyan imzaladılar. Bu barədə “Biznes Armenia”-nın mətbuat xidmətindən məlumat verilir. «New Yida» şirkətinin qurucusu Yida Group beynəlxalq investisiya təşkilatıdır.
“Ermənistan mineral sularının keyfiyyəti istehsalın müvəffəqiyyətli olacağına və istehlak problemi olmayacağına təminat verir. «New Yida» şirkətinin məqsədi Çin bazarında Ermənistan mineral sularının yanınmasıdır. İnvestisiya layihələri isə, yaxın icmalara sosial təsir göstərəcək”,-deyə «New Yida» şirkətinin icraçı direktoru Luo Gang qeyd etdi.