Ed Roys: ABŞ rəsmi şəkildə Erməni Soyqırımını tanımalıdır
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsinin sədri Ed Roys Kapitoliumda Erməni Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdə öz çıxışında ABŞ-nı Erməni Soyqırımını tanımağa çağırıb. Roys və digər konqresmenlərin çıxışlarını Amerikadakı “Hay Dat” komitəsi yayıb.
“Həqiqət müstəqil və azad olmalıdır. Erməni Soyqırımı məsələsinə dair ABŞ-ın davranışı da elə olmalıdır. Bu səbəbdən də bi neçə dəfə ABŞ-nı 1915-ci ildə törədilmiş zoraklıqlarını rəsmi şəkildə Erməni Soyqrımı olaraq tanımağa çağırmışam. Bu həftə mən həmkarlarımla prezident Trampa məktub yazdım və aprelin 24-də “Soyqırım” sözünü tətbiq etməyə çağırdım”,-deyə konqresmen bildirib.
O həmçinin qeyd edib ki, soyqırım faktını tanımayan Türkiyə, Yaxın Şərq və Avropa ölkələri tarixi təhrif edərək 1915-ci ildə baş vermiş cinayətləri “müharibə nəticəsi” kimi göstərirlər. Roys vurğulayıb ki, Yuqoslaviya, Ruanda və İŞİD əllərində olan Suriya və İraq ərazilərin nümunəsinə baxanda görünür ki, insanlığa qarşı cinayətlər davam edir və bu cinayətləri törədənlər özlərini cəzasız hesab edirlər.