Ekonomika

Xarici sərmayələr ötən illə müqayisədə 361 milyon azalıb

“Azadliq.info” saytına əsasən, iqtisadçı Nemət Əliyev yazıb:

“Xarici sərmayədarlar niyə burada duruş gətirmir? Onların öz sərmayələrini ölkəmizdən çıxarmasının nədir səbəbi? Yüksək tribunalardan bu xalqa inkişaf nağılları söyləyənlərdən kim bunun açmasını deyə bilər? Bu ilin I rübündə Azərbaycana qoyulan xarici sərmayələrin ötən ilə nəzərən 31% və ya 361 milyon dollar azalmasının səbəblərini inkişaf nağılları ilə izah edən tapılarmı?Bəs 2015-ci ilin I rübü ilə müqayisədə bu göstəricinin bu il 811 milyon dollar (50%) azalmasını hansı nağılla izah etmək olar? Məlumat üçün xatırladım ki, xarici sərmayələr
2018-ci ilin I rübündə 816 milyon dollar,
2017-ci ilin I rübündə 1177 milyon dollar,
2016-cı ilin I rübündə 1243 milyon dollar,
2015-ci ilin I rübündə 1627 milyon dollar olub.
Dinamikadan göründüyü kimi 2015-ci ildən sonra ölkəmizə yönələn xarici sərmayələr bir qayda olaraq azalmaqda davam edib”.

Daha çox göstər
Back to top button