Belçikalı millət vəkilləri: Artsaxa ziyarət – cinayət deyil

Təxminən 20 Belçikalı millət vəkilli Azərbaycan hakimiyyətinin İnterpola müraciyyət etməsinə dair öz narahatlığını bəyan ediblər.
Bəyanatda deyilir:
“Təəssüflər olsun ki, Azərbaycan hakmiyyətləri Avropadakı Hay Dat komitəsinin sədri Gaspar Karapetyanı Dağlıq Qarabağa/ Artsaxa etdiyi səfər üçün həbs etmə tələbi ilə İnterpola müraciyyət etdilər. Avropadakı Hay Dat komitəsi ictimai bir təşkilatdır və onun fəaliyyəti ictimai fəallığın artırılmasına yönəlmişdir.
Beynəlxalq hüquq Dağlıq Qarabağa səfəri dayandırmaq üçün kifayət qədər əsaslar vermir, baxmayaraq ki, Azərbaycan hakimiyyətinin məqsədi qorxu mühitinin yaradılmasıdir və onlar bu cür səfərləri cinayətkarlaşdırmağa çalışırlar.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına alternativ yoxdur. DQ əhaisinə qarşı tətbiq edilən təcrid siyasəti İnsan Hüquqları Ümumdünya Bəyannaməsində təsbit edilmiş əsas hüquqları pozur və münaqişənin həllində konstruktiv deyildir.
İnterpolun siyasi təqib və ya qorxutma üçün bir platforma olmadığı qənaətindəyik. Biz vurğulayırıq ki, münaqişənin qalıcı həlli yalnız Dağlıq Qarabağ / Artsax xalqı əhatə edən tərəflər arasında qərəzsiz dialoq yolu ilə əldə edilə bilər”.