BaşlıcaSiyasət

ER baş naziri Serj Sarkisyan bəyanatla çıxış edərək ER baş naziri vəzifəsindən istefa verdiyini bildirib

Bu haqda Ermənistan hökumətinin İnformasiya və İctimaiyyətlə əlaqələr idarəsindən məlumatlandırılıb .
Bəyanatı təqdim edirik:
“Sevimli həmvətənlər Ermənistan Respublikasının bütün vətəndaşlarına , yaşlılara və mənim sevimli gənclərimə qadınlara və kişilərə müraciət edirəm.Küçələrdə “Merjir Serjin”(Serjə imtina et) çağırışıyla gecə gündüz dayananlara və qapalı küçələrlə bu günlərdə çətinliklə iş yerinə çatmağa tələsənlərə və öz borcunu məsuliyyətini həyata keçirənlərə müraciət edirəm,
Canlı yayım önündə günlərlə əyləşənlərə və gecəli gündüzlü ictimaiyyətin təhlükəsizliyini kişi kimi təmin edənlərə,
Sərhəddə dayanan bizim igid hərbiçilərimizə və zabitlərimizə, silahdaş həmkarlarıma, mənim partiyamdan olan yoldaşlarıma, bütün siyasi qüvvələrə müraciət edirəm. müraciət edirəm,
Ölkə rəhbəri olaraq son dəfə müraciət edirəm.
Nikol Paşinyan doğru idi.Mən səhv etdim.Yaranmış vəziyyətin bir neçə həlli vardır
Lakin onlardan heç birinə mən getmərəm.Bu mənim deyil.Mən ölkə rəhbəri, baş nazir vəzifəsini buraxıram
Küçədəki hərəkətlər mənim vəzifəmi icra etməyimə qarşıdır. Odur ki, mən sizin tələbinizi yerinə yetirirəm.
Bizim ölkəmizə sülh və firəvanlıq,harmoniya və məntiqli günlər diləyirəm.
Təşəkkür edirəm”.

Daha çox göstər
Back to top button