
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərini təmas xəttində gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə çağırırlar. Bu barədə həmsədrlərin bəyanatında deyilir.
Bəyanatda bildirilir: “Regionda son siyasi hadisələri və təmas xəttində eskalasiyanın mümkünlüyü fonunda ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov – RF, Stefan Viskonti – Fransa və Andryu Şefer – ABŞ) bu həssas dövrdə atəşkəs rejiminə hörmət etməyin vacibliyini vurğulayırlar və xüsusilə də ağır silahları cəbhə xəttindən arxasda saxlamağa çağırırlar”.
Həmsədrlər münaqişə tərəflərlərini gərginliyin azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır və münaqişənin uzunmüddətli və dinc həllini tapmaq məqsədilə intensiv danışıqların bərpası üçün tərəflərlə görüşü səbirsizliklə gözləyirlər.