Beynəlxalq

Pedro Aqramunta Azərbaycanın adından lobbiçilik fəaliyyəti üçün bahalı hədiyyələr verilib

Avropa Şurası 10 aydır apardığı istintaqı tamamlayıb və belə bir qənaətə gəlib ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.2-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunur ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.Hesabatda etik normaları pozmuş deputatların adları da çəklir. Bunların içində AŞPA-nın sabiq rəhbəri Pedro Aqramunt da var. Hesabatda qeyd olunur ki, AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıblar.

Sənəddə AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un qurumun sağ mərkəzçi qrupuna rəhbərlik etməkdən ötrü “korrupsiya xarakterli əməllərə” getməsinə dair güclü şübhələrin olduğu vurğulanır. Agramunt ötən il istefa verməyə məcbur olub. Rusiya hökumətinin Suriyaya təşkil etdiyi səfərdə iştirakından dolayı qurumda ona etimadsızlıq səsverməsi keçirildi. Hesabatda bu ispan deputatın Azərbaycanın xeyrinə qərarların verilməsində “əsas rol” oynadığı bildirilir.

Hesabatda qeyd edilir ki, Azərbaycan Pedro Aqramuntun AŞPA-nın prizeti olması üçün böyük məbləğdə   pul ayırıb, hesabatda xüsusən 200 min av qeyd edilir. Aqramunt Aghramunts, AŞPA-da Ştraserin Azərbaycandakı  siyasi məhbusları haqqında hesabata zərbə vurulmasında də böyük  rol oynadı.

Hesabatda keçmiş italyan deputat Luca Volontè -nin adı “korrupsiya xarakterli fəaliyyətdə” şübhəli kimi çəkilir. Qeyd edilir ki, İtaliya polisindən 2.5 milyon avro məbləğində rüşvət almaqda günahlandırılır. Azərbaycandakı siyasi məhbusları barədə hesabata zərbə vurulması  üçün o Azərbaycan lobbisi, sonra isə AŞPA-nın üzvü olan Mslim Məmmədov və Aqramunt ilə əlaqə saxladı.  Onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında “vacib rol” oynadığı vurğulanır.

Hesabatda qeyd edilir ki, Avropada Azərbaycan baş lobist Süleymanov idi. Şahidlərin biri qeyd etdi ki, Azərbaycan Petdro Aqramuntə fahişə təklif edərək rüşvət verib. 2015-ci ildə Azərbaycanda müşahidə missiyası zamanı AŞPA katibliyinin işçiləri  Aqramuntı  üç qadınla otələ gediyini , başqası 2, üçüncüsü isə birylə otelə getdiyini görüblər.

Onlar qeyd ediblər ki, qadınları deputatların qapıları döyüb, bəziləri qızları qəbul ediblər,, digərləri isə qəbul etməyiblər.

Pedro Aqramunt Azərbaycanın müdafiə edərək, anti-erməni bəyanatlarla  çıxış etdi.

Hesabatda qeyd edilir ki, deputatlar AŞPA-da Azərbaycanın xeyrinə çıxışları üçün  rüşvət və ya Qiymətli hədiyyələr alıblar. Onlara 50 mindən 200 min avroya qədər pul də verilib. Hesabat eləcə də Leyla Yunusovun bəyanatında toxunub. Bəyanatda qeyd edilir ki, Süleymanovun lobbiçilik fəaliyyətinidə tələbələr də iştirak ediblər.

Azərbaycanın keşmiş səfiri Arif Məmmədovun sözlərinə görə, Azərbaycan  yalnız lobbiçilik fəaliyyəti üçün 30 milyon avro ayrılıb.

Hesabatda deyilir ki, Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb.

Daha çox göstər
Back to top button