Praqadakı erməni icmanın nümayəndələri aprelin 24-də yürüş keçirəcək

Praqadakı erməni icmanın nümayəndələri aprelin 24-də Erməni Soyqırımının 103-cü ildönümünə həsr olunmuş yürüş keçirəcək.
Bu barədə Paraqada nəşr edilmiş erməni “Orer” (günlər) qəzetinin baş redaktoru Hakob Asatryan bildirdi.
“Əsas vurğu Türkiyə tərəfindən Soyqırımın tanınması, eləcə də artıq Erməni Soyqırımını tanıyan Çexiya parlamentinin alt palatasına, Deputatlar Palatasına minnetdarlığın üzərinə vurulacaq”- deyə Hakob Asatryan deyib.
Aprelin 24-ə həsr olunmuş tədbirlər axşamda başlayacaq, Erməni Soyqırımının qurbanlarının xatirəsinə Praqanın xaçdaşı üzərində gül çiçəklər qoyulacaq. Daha sonra Praqa mərkəzində Müqəddəs Ruh kilsəsinə doğru yürüş keçiriləcək. Orada kilsə mərasimləri keçiriləcək, çıxışlar olacaq. Tədbirlər çərçivəsində Karl universitetinin orkestr və xorunun konserti nəzərdə tutulur.