Siyasət

Vigen Sargsyan: Rəqib Artsaxla təmas xəttində əlavə qoşun yeridir

Azərbaycan ordusu Artsax-Azərbaycan qarşıdurma qoşunlarının təmas xəttinə əlavə canlı qüvvə və döyüş texnikası yeridir. Bu haqda aprelin 23-də keçirilmiş mətbuat konfransında ER müdafiə naziri Vigen Sargsyan bildirib.

“Vəziyyətlə bağlı bəyanat və video yayılmışdır. Rəqib dövlətimizdə baş verən hadisələri təqib edir. Bunu anlamaq üçün xüsusi bilik lazım deyil. Daxili sabitsizlik onların hərəkətlərinin yolunu açır. Biz ictimaiyyəti bu təhdidlə bağlı xəbərdarlıq etməliyik”,-deyə nazir əlavə etdi ki, bu, hər birinin öz qərarını vermə hüququnu ləğv etmir.

“Biz işimizi yerinə yetirməyə hazırıq və həmvətənlilərimizi təhlükə barədə xəbərdarlıq etməliyik. Əgər rəqib dövlətin diqqətini prioritet probləmlərdən yayındıran daxili prosesləri görürsə, bir şeylər törətməyə cəhd edə bilər”,-deyə nazir qeyd etdi.

Onun sözlərinə görə, təmas xəttində hərbi təlimlər keçirilib və bu, narahatedicidir. “Bizim daxili vəziyyətimizi nəzərə alaraq, biz xəbərdarlıq etməliyik.  Biz ictimaiyyətimizi qorxutmuruq. Onlar əmin olmalıdır ki, Erməni Orduları hər şeyə hazırdırlar. Biz ictimaiyyətimizlə səmimi olmalıyıq”,-deyə Vigen Sargsyan bildirdi.

Daha çox göstər
Back to top button