Təhlil

Azərbaycan xalqından Əliyevin ailəsi tərəfindən talan edilən əmlakın növbəti hissəsi dərc edilib

“The Guardian” qəzeti Azərbaycanın prezident ailəsinin Azərbaycan xalqından talan edilmiş milyardlar vasitəsiylə Dubayda əldə edilmiş əmlakla bağlı yeni məlumatlar dərc edib.
Bu barədə “Azadliq.info” məlumat xidməti bildirir.

Məqalənin müəllifi Juliette Garside yazır, Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevlər Dubaydakı Cumeyra Palma süni adasında Sofitel otel kompleksinin və dəbdəbəli villaların sahibləridirlər. Ancaq otel sahiblərinin adları, təbii ki, daha az reklam olunur.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) üzə çıxarıb ki, Sofitel-in tikildiyi ərazinin sahibi Dubayda qeydiyyatdan keçmiş Sahra FZCO adlı şirkətdir. Sahra-nın sahibləri isə Leyla və Arzu Əliyevalardır. Anonimlik şərtilə danışan mənbələr belə iddia edirlər.
Məumata əsasən, Sahra şirkəti Sofitel-dən savayı yaxınlıqda Cumeyra Palmasıında 16 villa da əldə edib. Bu adadakı villaların hərəsinin ortalama qiymətinin 2 milyon funt sterlinq olduğu bildirilir. Mənbə bildiriri ki, onların adlarına qeydiyyatdan keçmiş Cumeyra Palmasında mülkiyyətin qiyməti 70 milyon funt sterlinqə yaxındır.

Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinə (Organized Crime and Corruption Reporting Project) əsasən, hakim ailə üzvlərinin gizli investisiyaları Malta bankı vasitəsiylə gerçəkləşdirdini ortaya qoyulub. Söhbət Pilatus bank vasitəsiylə Britaniya, İspaniya, Fransa, Gürcüstan və Monteneqroya yatırılan gizli sərmayələrdən gedir. Maltalı jurnalist Dafna Galisiya Pilatus bankı barədə öz məqaləsində bildirib ki, bankın depozitlərinin 60 faizi lham Əliyevin övladları və Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsusdur.

Jurnalist həmçinin bildirib ki, Pilatus bankı vasitəsiylə 1 milyon dollar Malta Baş naziri Josef Muskatın həyat yoldaşına məxsus olan şirkətinin hesabına ötürülüb.

Jurnalist Dafna Galisiya 2017-ci ilin oktyabr ayında Maltada öldürülüb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button