Siyasət

ER Prezidenti parlament və qeyri-parlament qüvvələrinin nümayəndələri ilə məsləhətləşmələrə başlayır

Ermənistan Respublikası Prezidenti Armen Sargsyan bəyan edib ki, aprelin 25-də parlament və qeyri-parlament qüvvələrinin nümayəndələri ilə ölkədə yaranmış vəziyyətlə bağlı məsləhətləşmələrə başlayır. Bu haqda ER Prezidenti administrasiyasında məlumat verilir.

“Əziz vətəndaşlar,

Dünən aprelin 24-də bütün xalqımız beynəlxalq ictimaiyyətlə birlikdə milli həmrəylik və birlik göstərərək müqqədəs qurbanlarımızın xatirəsini yad edib.

Bu gün də biz birlik olmalıyıq.

Gənclərin də iştirak etdiyi vətəndaş hərəkatı Ermənistan siyasi həyatının bərpası və demokratikləşməsi üçün yeni imkanlar yaradır. Əgər sağ və ağırlıqlı həll yollarını tapa bilsək, dünyada Ermənistan və erməni xalqının nüfuzunu artıracağıq.

Bu kontekstdə tərəflər arasında dialoqun başlaması çox vacibdir. Mən vətəndaş hərəkatının lideri Nikol Paşinyan və Karen Karapetyanın bəyanatları və mövqeləri ilə tanış olmuşam.

Danışıqların dayandığı üçün təəssüf edirəm.

Ölkəmiz və gənc demokratiyamız ciddi imtahanlardadır.

Bu gündən bəri ölkəmizdəki vəziyyəti və bunun çıxış yollarını müzakirə etmək üçün parlament və qeyri-parlament qüvvələrinin nümayəndələri ilə məsləhətləşmələrə başlayacağam.

Ümid edirəm ki, birgə səylərimiz və qarşılıqlı anlaşma ruhu ilə mümkün həll yollarını tapmaqda müvəffəq olacağıq”.

Daha çox göstər
Back to top button