
Ermənistanda kimlərin hakimiyyətə gəlməsinə baxmayaraq, Artsax münaqişəsinin nizamlanmasına dair danışıqların fəlsəfəsi və məntiqi eyni qalacaq. Sputnik Armenia ilə söhbətdə bunu Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit Babayan qeyd etdi.
“Bir sıra ümumerməni məsələləri var ki, bunlara dair Ermənistan siyasi güclərinin eyni mövqeyi vardır. Bu məsələdə fərqli yanaşmalar və ya fikir ayrılıqları ola bilməz”,-deyə Babayan bildirdi.
Onun sözlərinə görə, Artsax münaqişəsi ilə bağlı siyasət dəyişməyəcək. Babayan hər hansı bir radikal dəyişikliyin ola biləcəyini istisna edir, çünki erməni dövlətçiliyin gələcəyi Artsax münaqişəsinin həllindən asıllıdır.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirmişdi ki, Bakı Yerevanla danışıqları davam etdirməyə hazırdır.
“Azərbaycan Ermənistanda hakimiyyətə sağlam siyasi qüvvələrin gələcəyinə ümidvardır”,-deyə Hacıyev qeyd etdi.
Stepanakert nümayəndəsi bu bəyanatla bağlı deyib ki, erməni tərəfi məhz Azərbaycanda bu sağlam siyasi qüvvələrini görmür.