
ER Baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyan aprelin 24-də Müdafiə nazirinin müvəqqəti icraedicisi Viqen Sarkisyanı qəbul edib. Ermənistan Respublikası Hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Karen Karapetyan ordunun daima dövlət qayğısında olduğunu və şəxsən özünün diqqət mərkəzində olduğunu və olaraq qalacağını vurğuladı.Baş nazir vəzifəsinin icraçısı qeyd edib ki, Silahlı qüvvələrdə başlanılan islahatlar davam olunacaq və erməni Silahlı qüvvələrni modernləşdirmək və ordunu daha da əzəmətləşdirmək ardıcıl xarakter daşıyacaq.
Viqen Sarkisyan bildirib ki, Silahlı qüvvələr öz funksiyalarını böyük məsuliyyətlə yerinə yetirməyi davam etməklə yanaşı, ölkənin müdafiə qabiliyyətini təmin edir və sərhədlərin müdafiəsini inamla həyata keçirir..
Nazir icraedicisi əminliklə qeyd edib ki, erməni ordusu rəqibin istənilən təcavüzünə dəf gəlməyə və zərurət yaranarsa onlara layiq cavab verməyə qadirdir.