BaşlıcaSiyasət

Yerevanda şikayət aksiyalarına başlandı

Yerevanda bu gün təkrarən şikayət aksiyalarına başlandı
Resapublika meydanında “Mənim addımım” təşəbüssünün lideri ,MP deputatı Nikol Paşinyanın başçılıq etdiyi şikayət aksiyası Maştots meydanına doğru yürüşə başlayıb.
Jurnalistlərlə söhbətində Baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanın, Baş naziri küçədə seçmək olmaz, bu gərək qanun çərçivələrində olsun, israrına geri dönməklə Paşinyan deyib:”Karapetyan bizim nə dediyimizi yaxşı başa düşməyib.Baş nazir gərək Milli Parlamentdə seçilsin, gərək qrulaşma tərəfindən qanuna müvafiq olaraq irəli sürülsün.Ona kimi isə xalq həmin namizədə məhz meydanda gəərk razılıq versin”.
O, qeyd edib ki, əgər növbədənkənar seçkilər olarsa ERP hakimiyyəti şəraitlərində onlar boykota məruz qoyacaq həmin seçkiləri.
Xatırladaq ki, aprelin 23-də Serj Sarkisyan Milli Parlamentin deputatı, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın 11 günlük mitinqindən sonra istefa verib.
Paşinyan deyib ki, aprelin 25-də hakimiyyət orqanların dəyişikliyiylə ilə bağlı danışıqları davam etdirəcək, lakin aprelin 24-də axşam görüşün baş tutmayacağı aydın oldu. Karen Karapetyan Paşinyanın birtərəfli yeni tələblər irəli sürdüyünü bildirdi. Öz növbəsində, Paşinyan bildirib ki, ERP sədri Serj Sarkisyanın istefası hesabına hakimiyyətini gücləndirmək istəyir.
Paşinyan aprelin 25-də vətəndaş itaətsizlik aksiyalarının bərpasına çağırır və ERP-nın hakimiyyətdə qalmasına imkan verilməyəcəyini bəyan edib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button