Siyasət

DQ münaqişəsi yalnız sülh yolu ilə nizamlana bilər: Rusiya XİN

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə nizamlana bilər. bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

Zaxarova bildirib ki, rəsmi Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

“Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır”

Daha çox göstər
Back to top button