Ekspert “Formula-1″in turist cəlb etməsinə şübhə edir
“Formul-1” yarışlarını 400-500 mln. televiziya tamaşaçısı izləyir və yarışların keçirildiyi ölkə ilə tanışlıq, turist axını üçün yaxşı imkanlar yaradır. İqtisadçı ekspert Natiq Cəfərlinin fikri belədir.
Amma Azərbaycanda mənzərə fərqlidir. Burada yarışları dövlət təşkil edir və ticari mahiyyət arxa plana atılıb.
N.Cəfərli deyib ki, xarici ölkələrdə bu yarışları şirkətlər təşkil edir, onun irihəcmli sponsoru, reklam gəlirləri olur: «Bu yarışlar daha çox Avropa ölkələrində maraq doğurur. Bu məntiqlə bu yarışlarla bağlı Avropa ölkələrindən gələn turistlərin sayı artmalı idi. Amma Azərbaycan statistikasının özü göstərir ki, bu ölkələrdən gələn turistlərin sayında artım yoxdur. Deməli, ölkəyə turist axını baxımından bu yarışlar müsbət heç nə verməyib…».