Ermənistanın iqtisadi potensialı Çin jurnalistlərinə təqdim edilib
Çində Ermənistanın ticarət nümayəndəsi Hrant Abacyan aprelin 27-də Pekində Çinin aparıcı KİV-lərinin nümayəndələri ilə görüşüb. Bu haqda ER İqtisadi inkişaf və İnvestisiya Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Müsahibə Ermənistanın iştirakı ilə bağlı Çin ticarət və xidmətlərin beynəlxalq sərgisində təşkil edilmişdi. Kivlər sıralarında Xinhua news agentliyi, China Daily və Тa Kung Pao da vardı.
Hrant Abacyan jurnalistlərin suallarına cavab verərkən Ermənistanın biznes və investisiya mühiti, ölkənin iqtisadi potensialı, Ermənistan-Çin ticarət-iqtisadi əlaqələrinin gündəmini qeyd edib.
Jurnalistlər Ermənistanın ixrac imkanları, “Meğri” azad iqtisadi zonasında investorlar üçün açılan imkanlar, o cümlədən ayrı sahələrdə investisiya cəlbediciliyi, infrastrukturlar, kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, bərpa olunan enerji və daha çox sahələrlə maraq göstərdilər.
Görüş zamanı həmçinin turizm sahəsinə də toxundular. ER ticarət nümayəndəsi Hrant Abacyan Ermənistanın turizm cəlbediciloyini, Çin vətəndaşları üçün viza rejiminin liberlaşdırılmasını da təqdim etdi və qeyd etdi ki, Ermənistana Çin hökuməti tərəfindən “zəmanətli turizm ölkəsinin statusu” verilmişdir.
Mayın 28-də Ermənistanın Çin Beynəlxalq Ticarət və Xidmətlər Sərgisində iştirak edərək, bunun çərçivəsində “Ermənistan: Böyük Bazarlara Qapı” adlı ayrı bir təqdimatı da keçirəcək.