İlham Əliyevin Londona qəfil səfəri – korrupsiya araşdırmaları onu təşvişə salıb
Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Londonda bir sıra rəsmi görüşlər keçirib. Böyük Britaniyanın 2 dövlət naziri, bir qrup deputat və BP-nin baş icraçı direktoru ilə görüş barədə artıq məlumat yayılıb. Ancaq təəccüblüdür ki, İlham Əliyevin Böyük Britaniyaya səfəri barədə əvvəlcədən hər hansı məlumat açıqlanmayıb.
Londona bu qəfil səfər nə ilə bağlıdır? Görünür hansısa çox ciddi məsələlər İlham Əliyevi Londona qəfil səfərə getməyə məcbur edib. Bildiyiniz kimi artıq bir həftədir ki, dünyanın çox nüfuzlu mətbuat orqanlarında Azərbaycan hakimiyyətini böyük korrupsiyası ilə bağlı xeyli sayda materiallar dərc olunur. Məlumatı azadliq.info yayıb.
Xüsusi olaraq, Əliyevlərin Maltafakı korrupsiyası ciddi şəkildə araşdırılır. Artıq Maltada Əliyevlərin çoxsaylı korrupsiya faktları son günlərdə dərc olunub. Əliyevlərin hesab olunan Pilatus Bankın pulyuma müəssisəsi kimi fəaliyyət göstərməsi çoxlu faktlarla sübut olunub.
Maltada öldürülmüş jurnalistin Pilatus Bankln Əliyevlərə məxsus olması xüdusi diqqət mərkəzindədir. Bundan əlavə Əliyevlərin başqa ölkələrdə də korrupsiyası və pulyuma əməlliyyatları haqqında son günlərdə böyük diqqət mərkəzindədir və xeyli faktlar haqqında məlumatlar dərc olunub.
Qeyd etmək lazımdır ki,Maltada fəaliyyəti dayandırılmış Pilatus Bankın Londondondakı ofisinin də işinə son qoyulması qərarı verilib.
Son dövrlərdə Böyük Britaniya hökumətinə ölkə ərazisində korrupsionerlərin fəaliyyətini məhdudlaşdırmaq və hətta onlara qarşı sərt tədbirlər görməklə bağlı ictimaiyyətin və mətbuatın təzyiqləri hökuməti daha ciddi olaraq bu istiqamətdə adfımlar atmağa məcbur edir. Bəzi mənbələr Azərbaycan korrupsionerlərinə qarşı müəyyən addımların atılfığı haqqında son vaxtlar məlumat yayıblar.
Güman etmək olar ki, vəziyyətin kritik həddə çatması İlham Əliyevi ciddi səylər göstərməyə məcbur edir. Tam əsasla demək olar ki, son günlərdə dünyanın ən nüfuzlu mətbuat orqanlarında Əliyevlərin korrupsiya əməllərinin bu vaxta qədər görünməmiş intensivliklə, üstəlik, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya nəşrlərində dərc olunması Azərbaycan korrupsiyasına qarşı bu böyük kampaniyasının hakimiyyətə baha başa gələcəyini deməyə kifayət qədər ciddi əsas verir.