Siyasət

Xaricdəki fəaliyyətə görə Azərbaycanda həbslər davam edir

Avropada mühacir həyatı yaşayan Rəşad Qurbanovun yaxınlarına təzyiqlər səngimir.
Bu haqda azadliq.info-ya Rəşad Qurbanov özü məlumat verib. Qardaşı Fuad Qurbanovun Mingəevir Şəhər Polis Şöbəsinə aparılaraq işgəncəyə məruz qadığını iddia edib. “Çox pis şəkildə döyüblər, deyiblər ki, kamera qarşısında qardaşına söy, youtubda yayacıyıq, bildiyimə görə o, budan imtina edib. Mingəçevir Şəhər Polisi Şöbəsinin rəisi Cavid Muradov bütün ailə üzvlərimin hamısını həbs etməklə hədələyib. Son bildiyim isə odur ki, qardaşıma 30 sutka həbs çəzası verib, Gəncə şəhərinə “etap” göndəriblər. Göstərişin isə bir başa Daxili İşlər naziri Ramil Usubov tərəfindən verildiyini deyiblər”,- deyə Rəşad Qubanov bildirib.

Daha çox göstər
Back to top button