ABŞ Konqresində Ermənistanda baş verən hadisələrlə bağlı dinləmələr keçirilib

ABŞ Konqresinin Helsinki Komissiyasında Ermənistanda baş verən son hadisələrlə bağlı dinləmələr keçirilib. Dinləmərələrdə analitiklər Stefan Niks və Elen Ağekyan da iştirak edirdi. Bu haqda “Amerikanın səsi” məlumat verir.
“Bu hərəkətin rəngli bir inqilab ya da yalnız bir inqilab adlandırdığımızdan asılı olmayaraq, bu, mütləq azadlığın, səs hüququnun və azad iradənin ifadə olunmasının canlı bir nümunəsidir. Demokratiya məhz budur”,-deyə International Republican Institute təşkilatının direktoru Stefan Niks bildirib.
Dinləmələrin digər natiqi müstəqil analitik Elen Ağakyan Ermənistanda vətəndaş cəmiyyətinin inkişaf səviyyəsinə diqqət ayrılaraq, qeyd etdi ki, bu, düşündüyündən çox daha güclüdür. O, bu günlərdə hərəkəti təbliğ etmək üçün müstəqil internet mediasının, sosial şəbəkələrin və gənclərin əvəzsiz rolunu vurğuladı.