Ekonomika

Nəqliyyat Nazirinin müavini Brüsseldə ER THT sahəsinin nailiyyətlərini təqdim etdi

ER nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları nazirinin müavini Amalya Yeğoyan Brüsseldə Şərq Tərəfdaşlığı çoxtərəfli əməkdaşlığının ikinci platformasının “2020-dək 20 hədəf” mövzusu ilə bağlı müzakərələrində iştirak edir.

ER nəqliyyat, kommunikasiya və informasiya texnologiyaları nazirliyindən verilən məlumata görə, Şərq Tərəfdaşlığın ikinci platformasında iqtisadi inkişaf və bazar imkanları üçün məqsədlər və çətinliklər daxildir.

Platformanın əsas nöqtələrindən biri rəqəmsal iqtisadiyyatın hərəkətverici qüvvəsi kimi innovasiya və texnologiyanı təbliğ etməkdir.

ER  informasiya telekommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətləri təqdim edərək Amalya Yeğoyan elektron kommunikasiya infrastrukturunun inkişafının rolu, rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin artırılması strategiyası, elektron ticarətin təşviqi, iqtisadiyyatın digər sektorlarına innovativ və start-up ekosistemlərin tətbiqini qeyd etdi.

O, Avropa Birliyi üzvləri ilə rouminq tariflərini, texnoloji və ədədi bacarıqların inkişafını yenidən nəzərdən keçirmə zərurətinə də əhəmiyyət verdi.

Konfransın məqsədi birgə təcrübə mübadiləsi, yeni çağırışların müəyyən edilməsi və daha əlverişli hüquqi çərçivənin formalaşdırılması vasitəsilə davamlı iqtisadi inkişafa, konstruktiv islahatlara və inkişafa nail olmaqdır.

Daha çox göstər
Back to top button