BaşlıcaSiyasət

N.Paşinyan aprelin 29-da kütləvi itaətsizlik hərəkatinın bərpa olunacağını elan etdi

Milli Parlamentin “Yelk”(Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyan dünən ölkə daxilində 29 apreldə kütləvi itaətsizliyin bərpa olunacağı barədə elan edib. Gümrü şəhərində mitinq zamanı Nikol Paşinyan gələcək planlarını təqdim etdi.
Paşinyan həmçinin o fikirlərə toxundu ki, güya təşəbbüs edilən hərəkat Rusiyaya qarşı siyasi, iqtisadi geosiyasi müharibələrə aparacaq.O dedi ki, özləri ölkənin düşməni deyil ki, Ermənistanı qeyri dərrakəli və macəralı yolla aparsınlar.”Biz heç vaxt deməmişik və indi də demirik ki, Ermənistan gərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır. Biz düşünürük ki, Ermənistan gərək həmin təşkilata üzv olmağı davam etməlidir. Ona görə ki, bu Ermənistan Respublikasının Milli mənafelərindən doğur”-deyərək Paşinyan əlavə edib ki, Ermənistan öz beynəlxalq öhdəliklərinə Avropa Birliyi ilə imzaladığı razılaşmalar da, Avrasiya İqtisadiyyat İttifaqıyla olan müqavilələr də daxil olmaqla sadiq qalmağı davam etməlidir.
Mitinqdən sonra iştirakçılar Gümrünün küçələrində yürüşü davam etdirdilər.

Daha çox göstər
Back to top button