Ekonomika

Arayik Harutyunyan Cənubi Osetiya Respublikasının xarici işlər nazirini qəbul etdi

Artsax Respublikasının dövlət naziri Arayik Harutyunyan mayın 2-də Cənubi Osetiya Respublikasının xarici işlər naziri Dmitri Medoyevi qəbul etdi.

AR dövlət naziri administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət naziri D. Medoyevin ziyarətini alqışlayaraq qeyd etdi ki, Cənubi Osetiya Respublikası ilə əlaqələrin davamlı inkişafı Artsax Respublikası üçün əhəmiyyətlidir. Ikitərəfli əlaqələrə yeni keyfiyyəti vermək üçün A. Harutyunyan biznes əlaqələrin yaranmasına və iqtisadi əməkdaşlıq məsələlərinə ciddi diqqət ayrılmanı təklif etdi.

Dmitri Medoyev A. Harutyunyanı səmimi qəbul üçün təşəkkür edərək qeyd etdi ki, Cənubi Osetiyada da Artsax Respubikası ilə əməkdaşlığın inkişafına əhəmiyyət verirlər. O, iki dövlət arasında iqtisadi əlaqələrin yaranması ilə bağlı dövlət nazirinin təklifini alqışlayaraq, Cənubi Osetiyanın iş adamları üçün maraqlı olan imkanlarını təqdim etdi.

Görüş zamanı tərəflər həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button