ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 3-də Martakert rayonu Taliş kəndin cənub şərqində yerləşən Artsax və Azərbaycan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Artsax Xarici İşlər Nazirliyinnin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx, Artsax tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç, Martin Şuster və YSPQ-nin rəhbəri polkovnik Vladimir Minarik keçirəcəklər.
Artsax Respublikası hakimiyyətləri ATƏT-in missiyası üzvlərinin monitorinqinə dəstək verməyə və onarın təhlükəsizliyini təmin etməyə hazır olduqlarını bildiriblər.