Siyasət

Armen Sargsyan və Alen Dunkan Ermənistanda yaranmış daxili siyasi vəziyyəti müzakirə etdilər

ER Prezidenti Armen Sargsyan Birləşmiş Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin Avropa və Amerika məsələləri üzrə naziri Alen Dunkanla telefonla danışdı.

Ermənistan Respublikası Prezidenti administrasiyasından verilən məlumata görə, tərəflər Ermənistanda yaranmış daxili siyasi vəziyyəti müzakirə etdilər. Tərəflər problemin yalnız Konstitusiya və qanunlar çərçivəsində konstruktiv dialoq vasitəsi ilə həllinin vacibliyini vurğulayıblar.

Daha çox göstər
Back to top button