Siyasət
ER Prezidenti T. Yaqland ilə Ermənistanda yaranmış daxili siyasi vəziyyəti müzakirə etdi

Prezident Armen Sargsyan Avropa Şurasının baş katibi Turbyorn Yaqland ilə telefonla danışdı.
Tərəflər Ermənistanda yaranmış daxili siyasi vəziyyəti və məsələnin Konstitusiya və qanunilik çərçivəsində konstruktiv dialoqla həll etmə yollarını müzakirə etdilər.
Prezident Sargsyan Avropa Şurasının ölkəmizdə həyata keçirilən islahatlara dəstəyini yüksək qiymətləndirərək Ermənistanın demokratiya və qanunun aliliyi prinsiplərinə sadiq qaldığını təsdiqləyib.
Öz növbəsində cənab Yaqland Avropa Şurasının zəruri hallarda qanunvericilik islahatlarına yardım göstərməyə hazır olduğunu vurğuladı.
Prezident Sargsyan Avropa Şurasının baş katibini Ermənistana səfərə dəvət etdi.