İctimaiyyət

İraqda daha üç Azərbaycanlı qadın ömürlük həbs edilib

İraqın Mərkəzi Cinayət Məhkəməsi müxtəlif ölkələrdən səkkiz əcnəbi qadını “İslam Dövləti” qruplaşmasının fəaliyyətində iştiraka görə ömürlük həbsə məhkum edib. “Turan.az” saytına əsasən, bu barədə İraqın Ali Məhkəmə Şurasının saytında yer alan məlumatda deyilir.

Mənbənin məlumatına görə, onlar arasında üç Türkiyə vətəndaşı, üç Azərbaycan vətəndaşı, bir Özbəkistan və bir Suriya vətəndaşı var.

Xatırladaq ki, aprelin sonlarında İraq məhkəməsi 19 Rusiyalı və 10 Azərbaycanlı qadını İslam Dövləti ilə əməkdaşlığa görə ömürlük həbsə məhkum edib.

Daha çox göstər
Back to top button