Beynəlxalq

Zaxarova: Rusiya qardaş Ermənistanda daxili problemlərin konstitusiya ilə həllini dəstəkləyir

Rusiya Ermənistanda yaradılmış problemlərin Konstitusiya əsasında həllini dəstəkləyir. Bu barədə brifinqdə RF XİN rəsmi nümayəndəsi Maria Zaxarova bəyan edib.

“Rusiya qardaş Ermənistanda olan daxili problemlərin Konstitusiya əsasında, hüquqi sahədə, müxtəlif siyasi qüvvələr arasında konstruktiv dialoq vasitəsiylə həllini dəstəkləyir. Bu prinspial mövqe həmçinin RF XİN dünənki bəyanatında təsdiq edilib. İkitərəfli əlaqələrin sahələri erməni tərəfdaşları ilə ittifaqlı tərəfdaşlıq və inteqrasiyanı inkişaf etdirmək və gücləndirmək məqsədəuyğundur”- deyə M. Zaxarova bildirib.

Daha çox göstər
Back to top button