Ekonomika

Əliyevlərin Maltadakı pullarını gizlətmək üçün şirkətlər Yeni Zelandiyaya köçürülüb

Avstraliya mətbuatı Azərbaycanın dövlət başçısı İlham Əliyevin övladları da daxil, ölkənin yüksək vəzifəli məmurları və onların yaxınlarının adlarına açılmış bank hesabları, şirkətlər, Maltada bu məsələləri araşdıran jurnalistin qətlə yetirilməsindən sonra Yeni Zelandiyaya köçürmələr barədə material yayımlayıb.

Müəllif Jurgen Balzanın hazırladığı “Malta şirkətləri Azərbaycanın nəğd pullarını gizlətmək üçün Yeni Zelandiyaya köçürüldülər” sərlövhəli məqalənin tərcüməsini “Azadliq.info” sdaytı təqdim edirib:

*

Avstraliyalı biznesmen Azərbanyacnın hakim ailəsi ilə ailəqələri gizlətmək üçün Maltada qeydiyyatdan keçmiş şirkətləri Yeni Zelandiyaya köçürüb. Bu barədə “Australian Financial Review” (Avstraliya Maliyyə Xülasəsi) məlumat yayıb.

“Ötən ilin oktyabrında qətlə yetirilən maltalı jurnalist Dəfnə Karuana Qalizianın ölümündən bir neçə gün sonra avstraliyalı biznemen bu addımı atıb. Həmin şirkətlərin dəyəri yüz milyonlarla dollardır. Məqsəd isə Azərbaycandakı prezident ailəsinin şirkətlərlə əlaqələrini effektiv şəkildə gizlətmək idi”, – müəllif Jurgen Balzan yazır.

Ötən həftə “The Shift News” yazırdı ki, mərhum Dəfnə Karuana Qalizianın “Pilatus Bank”ın şübhəli əməliyyatları ilə bağlı araşdırmaları və müəyyən məsələləri ifşa etməsində sonra bu bank vəsaitlərinin təxminən yarısını köçürüb. Amma həmin vəsaitlərin hara getdiyi məlum deyil.

Avropa Bankçılıq İdarəsinin jurnalistin qətlindən sonra – noyabrda “Pilatus Bank”la bağlı araşdırmalara başlamasından dərhal sonra Yeni Zelandiyaya köçürmələr başlanıb. Köçürmələr avstraliyalı maliyyəçi Kennet Ross Heterinqtonun imzasıyla həyata keçirilib.

O vaxtdan “Pilatus Bank”ın sahibi Əli Sədr ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarından yayınma ittihamıyla həbs olunub. Onun vəkilləri Nyu-Yorkda məhkəmədə bildiriblər ki, “Pilatus Bank” bağlanacaq.

Avstraliya mətbuatına danışan Yeni Zelandiyadan olan maliyyə mütəxəssisləri bildiriblər ki, Maltada böyük mənada vergidən azad olan şirkətlərin Yeni Zelandiyaya köçürülüb, bu ölkədə onlar üçün yeni holdinqlər yaradılmasından təəccübləniblər.

Görünür, bu addım “Pilatus Bank”da onlarla hesabın gerçək sahibinin kimliyini gizlətməkdir. Köçürmələrə imza atmış Heterinqton jurnalistlərin bu barədə suallarına cavab olaraq deyib ki, müştərinin kimliyi barədə gizli məlumatı açıqlaya bilməz: “Amma mənim Avropa Bankçılıq Təşkilatının nəzarətindən yayınmaq və ya başqa uyğun olmayan məqsədlə hansısa işdə birbaşa, yaxud da dolayı iştirakım barədə deyilənlər səhvdir”.

“pilatus Bank”dakı hesabların sahibləri ilə bağlı açıqlamardan məlum oldu ki, müştəriləri əsasən, prezidenti İlham Əliyevin iki övladı, bu ölkənin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da daxil, Azərbaycanın siyasi dairəsinə aid şəxslərdir.

Cənubi qafqaz ölkəsi olan Azərbaycanın hakim dairəsinin Qərb siyasətçilərini ələ almaq üçün istifadə etdiyi “kürü diplomatiyası” barədə hesabatdan görünür ki. Azərbaycan oliqarxları Maltanı “öz vilayətlərindən biri” hesab edirlər.

2016-cı ilin aprelində maltalı nazir Konrad Mizzi və bu ölkənin baş nazirinin qərargah rəisi Kit Şembrinin Panamada iki gizli şirkətin sahibi olması məsələsi üzə çıxandan sonra Dəfnə Karuana Qalizia “Australian Financial Review” ilə əməkdaşlıq edirdi. Həmin şirkətlər eyni zamanda, Yeni Zelandiyanın iki ofşor trestinə aiddir.

“Bnk Pilatus”un adı maltalı və azərbaycanlı siyasilərinin də iştirak etdiyi bir sıra qalmaqallarda hallanır. “Dəfnə layihəsi” (jurnalistin ölümündən sonra onun həmkarları bir araya gələrək, onun yarımçıq qalmış araşdırmalarını davam etdirirlər, yeni araşdırmalar aparırlar) üzə çıxardı ki, Azərbaycanın hakim elitası milyonları Avropaya yerləşdirmək, müxtəlif ölkələrə biznes məqsədilə yatırımlar etmək üçün “Pilatus Bank”dan istifadə edirmiş.

“Dəfnə layihəsi”nin üzə çıxardığı məlumatlara əsasən, Azərbaycandakı yüksək vəzifə sahiblərinin uşaqlarının Avropada daşınmaz əmlak, hotel və biznesə yatırım etməsi məqsədilə 50-yə qədər şirkət yaradılıb, adlarına 60-a qədər bank hesabı açılıb, təxminən 250 milyon avroluq depozit qoyulub.

Daha çox göstər
Back to top button