Aleksandr Lapşin AŞ, ATƏT, Aİ nümayəndələrinə Azərbaycan həbsxanasında baş verənləri anlatdı

Məşhur bloqqer Aleksandr Lapşin bir neçə Avropa ölkələrində Avropa təşkilatlarının nümayəndələri ilə görüşdü və Azərbaycan həbsxanasında olanlarını anıatdı.
İki həftə ərzində Aleksandr Lapşin Strasburq, Berlin, Vyana, Brüssel və Londona getdi. AŞPA-da çıxış etdi, Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkil Dunya Miyatoviç və işgəncələrin qarşısının alınması və qeyri-insani davranışa qarşı mübarizə üzrə Avropa komitəsinin sədr müavini Mark Kelli ilə görüşdü.
Berlində Lapşin Alman Bundestaqının deputatları, Vyanada Media azadlığı üzrə ofisin direktoru Fran Maroeviçlə görüşdü.
“Vrüsseldə Avropa Parlamentində oldum və Çex deputatları Yaromir Ştatin və onun həmkarları, Lüksemburq və Kiprdan deputatlarla görüşdü.
Həmçinin Jurnalistlərin Hüquqları Təşkilatında (IFJ) çıxış etdim. Londonda Amnesty International, Farisdə isə “Sərhədsiz Reportyorlar” təşkilatının rəhbərliyi ilə görüşlər oldu.
“Səfərin məqsədi Avropanın müxtəlif alanlarında çıxış edib, Avropa deputatlarına, parlamentlilərinə, jurnalistlərinə və hüquq müdafiəçilərinə insan hüquqlarının Azərbaycandakı vəziyyət haqqında söyləməkdi.
Minskdə qanunsuz həbs edildiğimi, Lukaşenkonun Moksva ilə alışveriş etdiyini və 60 min tonna neft üçün məni İlham Əliyevə satdığını anlatdım. Bakı həbsxanasında mənə nə etdiklərini, anamın doğum günündə sentyabrın 10-də məni necə öldürməyə çalışdıqlarını sonra ölümdən qorxaraq məni gözlənilməz əfv etdiklərini və İrsilə göndərdiklərini anlatdım. İsrialə getdikdən bir saat sonra Tel Avivin Şiba hospitalında ədli tibb mütəxəssisləri bütün yoxlamalar apardılar və Azərbaycanda verilən yaraların xarktərindən göründü ki, bir sui-qəsd cəhdi olmuşdu. Los Angeles və Amsterdamda da ekspertizalar oldu və bunların nəticəsində AİHM-ə Azərbaycana qarşı iş açdım”,-deyə Lapşin qeyd etdi.
“Rusiya və Ukrayina küçələrində belə azərbaycanlı vətəndaşlardan təhdid aldığımı anlattdım. Azərbaycan hökümət mediası məni təhlükəli cinayətkar kimi və ermənilərin pulları ilə İlham Əliyevə qarşı mübarizə etdiyimi göstərir”,-deyə Lpşin əlavə etdi.
İyunda ABŞ və Kanadaya səfərlər olacaq, orada da konqresmenlər və jurnalistlərlə bir çox görüşlər keçiriləcək. Kanada parlamentində isə, insan hüquqları komissiyasının iclasında çıxış olacaq.