Erməni Soyqırımı

Berlində «The General Assembly» təşkilatının iclasında Soyqırımı inkar edən türk yazıçı çıxarılmışdır

Berlində BMT-ə alternativ olaraq yaradılmış «The General Assembly» (Baş Assambleyası) təşkilatının bu günki iclasında diqqətəlayiq bir hadisə baş verib.
“Ermenihaber”-ə əsasən, iclas zamanı Erməni Soyqırımının tanınma məsələsinə toxunulub. Xüsusən, türk yazıçı, fəal Tuğrul Semanoğlu öz çıxışında Türkiyənin inkar siyasətinə sadiq olaraq, iddia edib ki, “tarixi hadisələrin reallığı oxşar iclaslarda qəbul edilmiş qərarlarla qərarlaşdırılmamalıdır”.

O öz çıxışında qeyd edib ki, bu “qondarma soyqırımdır” və “təsəvvürün nəticəsidir”. Semanoğlunun bu bəyanatına təşkilatın prezidenti səslənərək, deyib: “ Əslində siz bununla nə dəmək istəyirsiniz? Bu Soyqırımı inkar edirsiniz? Aydın cavab istəyirəm.” Buna cavab olaraq Semanoğlu deyib: “Bəli inkar edirəm”.

Türk yazıçısının sözlərindən sonra təşkilatının prezidenti onu iclas salonunu tərk etməyi xahiş edib. Salondan Semanoğlunun gedişi birbaşa qəbul edilməyib. Bəzi iştirakçılar iddia edib ki, prezidentin bu addımı demokratik prinsiplərə ziddir.

Daha çox göstər
Back to top button