Ermənistanın xarici ticarət dövriyyəsi və dövlət gəlirləri artdı
Ermənistanda cari ilin 4 ayının xarici ticarət dövriyyəsi və dövlət gəlirləri 2017-ci ilin eyni dövrlə müqayisədə artdı. Bu haqda ER baş nazirinin vəzifəsini icra edən Karen Karapetyan öz facebook səhifəsində yaıb.
2018-ci ilin 4 ayında dövlət büdcəsinə 418,5 milyard dram vergi gəlirləri girdi. 2017-ci ildə isə 363.5 milyard dram olmuçdu. 2017-ci il yanvar-aprel aylarında gömrük gəlirləri 81.6 milyard dram, 2018-ci ildə isə 90 milyard dram olmuş. İdxal həcmi 2018-ci ilin 4 ayında 1 milyard 333.6 milyon dollar, 2017-ci ildə isə 930.5 milyon dollar oldu. İxrac həcmi 2018-ci ildə 765 milyon dollar oldu, 2017-ci ildə isə 588.2 milyon dollardı.
Vergi gəlirləri 55 milyard dram (15,1 faiz), gömrük gəlirləri 8,4 milyard dram (10,3 faiz), idxal 403,1 milyon dollar (43,3 faiz), ixrac 176,8 milyon dollar (30,1 faiz) artmışdır.