Siyasət
Baş nazir vəzifəsinə seçildikdən sonra Paşinyan təmas xəttdəki operativ vəziyyəti ilə tanış olmaq istəyir

Parlamentdə Ermənistan baş nazir seçkiləri məsələsinin müzakirəsi məqsədilə təşkil edilmiş xüsusi iclas başlayıb. İclasda 100 deputat iştirak edir.
Parlamentin deputatlarının 1/3-ü tərəfindən yalnız “Yelk” fraksiyasının deputatı Nikol Paşinyanın namizədliyi irəli sürülüb. İclasın gündəm məsələsi baş nazirin seçilməsidir.
Parlamentin iclasından əvvəl jurnalistlərlə görüşdə baş nazir namizədi Nikol Paşinyan bildirib ki, “Xalqın qazanacağından şübhə etmir”.
O həmçinin vurğulayıb ki, seçildikdən sonra ilk addımı təmas xəttdəki operativ vəziyyətlə tanış olmaq olacaq.