BaşlıcaSiyasət

ER Prezidenti:”Ermənistan ölkə ərazisində rus hərbi bazasının qorunmasında maraqlıdır”

Ermənistan ölkə ərazisində rus hərbi bazasının qorunmasında maraqlıdır.Bu haqda “Exo Moskvi” radiostansiyasına verdiyi müsahibəsində Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan qeyd edib.“Bizim ölkəmizin ərazisində olan həmin hərbi baza Ermənistana lazımdır.Mən əmin deyiləm o Rusiyaya lazımdır, yoxsa yox,bunu Rusiyanın özü gərək qərara gəlsin, bununla belə o Ermənistana gərəkdir.Mənim qənaətimcə həmin baza həmçinin rus-erməni münasibətlərinə lazımdır”-deyərək o qeyd edib. Sarkisyan qeyd edib ki, Rusiya bazası Ermənistan və Türkiyə arasında sərhədin qorunması üçün vacibdir.
“Həmin bazanın harada olmasını bilməklə ki, həmin baza nə qədər erməni-türk sərhəddinə yaxındır, mən onun qorunmasının daima tərəfdarı olacağam. Mən bizim dostluq,qardaşlıq, hərbi-siyasi nəhəng münasibətlərimizin qorunmasına çalışacağam”-deyərək Prezident bəyan edib. Sarkisyan əlavə edib ki, Rusiya Ermənistanın hərbi-siyasi və strateji həmkarıdır.

Daha çox göstər
Back to top button