Siyasət

Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında Putinlə görüşməyi gözlədiyini qeyd edib

Ermənistan Respublikasının yeni seçilmiş baş naziri Nikol Paşinyan mayin 14-də Soçidə Avrasiya İqtisadi Şurasının  zirvə toplantısı çərçivəsidnə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. Bu haqda TACC bildirib.

“Əlbəttə, Vladimir  Putinlə  mayın 14-də görüşməyi planlaşdırıram”- deyə Nikol Paşinyan qeyd edib.

Daha əvvəl Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kremlin Ermənistanın Avrasiya İqtisadi Birliyinin zirvə toplantısında iştirakını gözlədiyini və bu tədbir çərçivəsində Rusiya və Ermənistan liderlərinin ikitərəfli görüşünün olacağına ümid etdiyini bildirdi.

Sizə möhkəm cansağlığı, tükənməz enerji və bütün təşəbbüslərinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm

Daha çox göstər
Back to top button