Siyasət
Putin Paşinyanı təbrik edib
Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanı Ermənistanın baş naziri seçilməsi münasibətilə təbrik edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Ümid edirəm ki, hökumət başçısı kimi gələcək fəaliyyətiniz dostluq, müttəfiqlik münasibətlərinin, Müstəqil Dövlət Birliyi, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın güclənməsinə yönələcək”, – deyə Rusiya prezidenti təbrik teleqramında vurğulayıb.